15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Erməni deputat: "Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmaması ideyası düzgün deyil"
Tarix: 14-04-2022 14:03 | Bölmə: Siyasət
Erməni deputat: "Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmaması ideyası düzgün deyil"

“İllər ötüb və bu gün demək olar ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmayacağı ideyası doğru deyil”.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Viqen Xaçatryan aprelin 14-də qanunverici orqanın iclasında deyib.

“Hələ 1996-cı ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bizim üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürümüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İİllər ötüb və bu gün demək olar ki, mənim fikrimcə, bu, düzgün ideya deyil”, - V.Xaçatryan bildirib/Report.




Bölməyə aid digər xəbərlər