15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Tarix: 20-04-2022 23:05 | Bölmə: Siyasət
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların əhatə dairəsini genişləndirib.

ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir ki, budəfəki sanksiya Vaşinqtonun tətbiq etydiyi məhdudiyyətlərdən yayınmaq istəyənlərə şamil olunur.

Yeni sanksiyalar “Transkapitalbank” və “İnvestorqbank”a şamildir. Bu qurumlarla bütün əməliyyatlar 20 may 2022-ci ilədək başa çatmalıdır.

Bundan başqa, “Otkrıtie” bankının da 16 əməkdaşına da sanksiya tətbiq edilib.

Məlumata görə, ABŞ insan hüquqlarının pozulmasında, həmçinin Rusiyanın nəzarətindəki Ukrayna əraizlərində yerləşən həbsxanalarda insan hüquqlarının pozulmasında iştirak etmiş 635 Rusiya vətəndaşına viza məhdudiyyəti də tətbiq edib.

Sanksiya siyahısına düşmüş şəxslərin adları açıqlanmır.

Reyting.az




Bölməyə aid digər xəbərlər