15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Minsk qrupu Qarabağın işğalını əbədiləşdirmək üçün yaradılmışdı - Prezident
Tarix: 22-04-2022 13:49 | Bölmə: Siyasət
Minsk qrupu Qarabağın işğalını əbədiləşdirmək üçün yaradılmışdı
Minsk qrupunun nümayəndələri

“Əfsuslar olsun ki, bu gün Ermənistanda hələ də yüksək vəzifəli şəxslər Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub”.

Reyting.az
-ın məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. “İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb”, - deyə prezident İlham Əliyev əlavə edib.




Bölməyə aid digər xəbərlər