BMT Baş katibi Rusiya prezidenti ilə görüşə gedir
Tarix: 22-04-2022 20:47 | Bölmə: Siyasət
BMT Baş katibi Rusiya prezidenti ilə görüşə gedir

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada BMT Baş katibi Antoniu Quterreşi qəbul edəcək.

TASS bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb.

Quterreşin ofisi Baş katibin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib.

Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri - Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}