Vilayət Eyvazov Bəxtiyar Hacıyevlə görüşüb
Tarix: 23-04-2022 19:12 | Bölmə: Siyasət
Vilayət Eyvazov Bəxtiyar Hacıyevlə görüşüb

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib.

Reyting.az
 xəbər verir ki, bu barədə DİN-nin şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

Bildirib ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib: "Qəbulda nazir onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırıb".

Bəxtiyar Hacıyev isə sosial şəbəkədəki hesabında bildirib ki, Daxili işlər naziri Vilayət Eyvazovla 2 saatdan artıq davam edən görüşdə ötən gün naməlum çəxslər tərəfindən döyülməsi barədə müzakirə aparıblar: "Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəklər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}