Quterreş Putin və Zelenski ilə görüşdən əvvəl Ərdoğanla görüşəcək
Tarix: 24-04-2022 09:24 | Bölmə: Siyasət
Quterreş Putin və Zelenski ilə görüşdən əvvəl Ərdoğanla görüşəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edəcək. Baş katib bu səfərlərindən öncə Türkiyəyə getməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, BMT-nin məlumatına görə, A. Quterreş bazar ertəsi Türkiyə paytaxtında prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Xatırladaq ki, BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits Türkiyəni Ukrayna və Rusiya arasında humanitar danışıqlar üçün dəyərli vasitəçi adlandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}