Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib
Tarix: 24-04-2022 12:33 | Bölmə: Siyasət
Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilir ki, DSX tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər.

DSX bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb.

Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə, daha ciddi tədbirlər görüləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}