Türk nazirdən sərt etiraz: "Bu, ikiüzlülüyün ən bariz nümunəsidir”
Tarix: 24-04-2022 18:07 | Bölmə: Siyasət
Türk nazirdən sərt etiraz: "Bu, ikiüzlülüyün ən bariz nümunəsidir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənilərin qondarma soyqıırm iddialarına və ABŞ prezidenti Baydenin son açıqlamasına sərt reaksiya verib.

Reyting.az
xəbər verir ki, Çavuşoğlu "Twitter" səhifəsində paylaşım edib:

“Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”.

Xatırladaq ki, C. Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}