Bayden ermənilərlə bağlı səhvini təkrarlayıb
Tarix: 24-04-2022 18:38 | Bölmə: Siyasət
Bayden ermənilərlə bağlı səhvini təkrarlayıb

ABŞ prezidenti Co Bayden ermənilərin guya 1915-ci il hadisələri zamanı soyqırıma məruz qalmaları ilə bağlı səhvini yenidən təkrarlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edir ki, 1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil, tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran, təhrif edən bəyanatları və qərarları rədd edir, bu səhvdə israr edənləri qətiyyətlə qınayır. Türkiyə XİN-nin məlumatında diqqətə çatdırılır ki, bu sıraya ABŞ prezidenti C. Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir:

“Tarixdə düşmənçilik yaratmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli və qərəzli yanaşmalar mənəvi baxımdan problemlidir və siyasi motiv daşıyır. Türkiyə ermənilər də daxil olmaqla, bütün Osmanlı əhalisinin çəkdiyi əziyyətləri hörmətlə xatırlayır. Biz bu ağrıları siyasiləşdirmək cəhdlərini rədd edirik”.

Nazirlik bildirir ki, Türkiyə 1915-ci il kimi hadisələrin qərəzsiz, obyektiv, elmi və hüquqi çərçivədə araşdırılmasını vacib sayır: “Türkiyə bu məqsədlə müştərək tarix komissiyasının yaradılmasını təklif edib və bütün arxivlərini açıb. Türkiyə bölgədə və dünyada sülh və sabitliyin olması, əməkdaşlıq ruhunun ön plana çıxması üçün çalışır. Ermənistanla başlayan normallaşma təşəbbüsü də bu konsepsiyanın növbəti təzahürüdür”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}