Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb
Tarix: 24-04-2022 19:58 | Bölmə: Siyasət
Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}