Nazir: “Nüvə müharibəsi təhlükəsi ciddidir, realdır”
Tarix: 26-04-2022 08:08 | Bölmə: Siyasət
Nazir: “Nüvə müharibəsi təhlükəsi ciddidir, realdır”

İndi nüvə müharibəsi riski daha çoxdur və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci kanal”a deyib.

Lavrov xatırladıb ki, yanvarda “nüvə beşliyi” ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər.

Nazir əlavə edib ki, nüvə müharibəsinin yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir: “Biz ondan çıxış edirik. Mən indi, sizin dediyiniz kimi, hörmətli politoloqlara istinad edərək, risklərin həqiqətən çox, çox əhəmiyyətli olduğu halda, bunu çox istəməzdim. Bu risklər süni şəkildə şişirdilib və onu istəyənlər də az deyil. Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}