Ceyhun Bayramov: "Ermənistanla münasibətlərin normallaşması Cənubi Qafqaz ölkələrinin marağındadır"
Tarix: 27-04-2022 13:57 | Bölmə: Siyasət
Ceyhun Bayramov: "Ermənistanla münasibətlərin normallaşması Cənubi Qafqaz ölkələrinin marağındadır"

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması bütün Cənubi Qafqaz regionu ölkələrinin marağındadır".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu məsələdə Gürcüstan da maraqlıdır: "Cənubi Qafqaz bizim ümumi evimizdir. Gürcüstan ilə münasibətlərimiz əməkdaşlığın uğurlu modeli kimi istifadə edilə bilər. Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Ölkələr bir-birinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyir. Diplomatik münasibətlərinin qurulmasından arxada qalan 30 il ərzində Azərbaycan və Gürcüstan arasında 113 saziş imzalanıb, daha 19 sənəd baxılma prosesindədir. Ölkələr, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir və dünya arenasında bir-birini dəstək verir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}