XİN başçısı: "Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etməlidir"
Tarix: 27-04-2022 15:35 | Bölmə: Siyasət
XİN başçısı: "Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etməlidir"

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları dəstəkləyir və regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Gürcüstan sülhə böyük əhəmiyyət verir: "Bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etməlidir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}