NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir
Tarix: 28-04-2022 10:18 | Bölmə: Siyasət
NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir
Xavyer Kolomina

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina aprelin 28-də Azərbaycana gələcək.

Məlumata görə, bu səfər NATO rəsmilərinin Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri ilə müntəzəm məsləhətləşmələrinin bir hissəsi olacaq. Qeyd olunur ki, 2022-ci ildə Madriddə keçiriləcək NATO Sammitinə hazırlıq kontekstində bu səfər tərəfdaşlarla NATO münasibətlərinin qiymətləndirilməsi, gələcək siyasi dialoq və əməkdaşlığa dair fikir mübadiləsi üçün mühüm formatdır.

NATO-nun məlumatında diqqətə çatdırılır ki, Kolomina artıq Ermənistana səfər edib, orada yüksək vəzifəli Ermənistan rəsmiləri ilə görüşüb. O, hazırda Gürcüstandadır və orada bu ölkənin rəsmiləri, deputatlar, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılıb. Aprelin 28-də isə Kolominanın Bakıda Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}