Bayden Ukraynaya daha 33 milyard ayırır: "Rusiya heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək"
Tarix: 28-04-2022 21:55 | Bölmə: Siyasət
Bayden Ukraynaya daha 33 milyard ayırır: "Rusiya heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək"

"Putin, Rusiya heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək".

Reyting.az
xəbər verir ki, bunu az əvvəl dünyaya müraciətində ABŞ prezidenti Cozef Bayden deyib.

O bildirib ki, Ukraynaya olunan bəzi hərbi yardımlar artıq ölkəyə yetişib.

Bayden Ukraynaya əlavə yardım, həmçinin Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün ümumilikdə 33 milyard dollar ayrılması üçün müraciət etdiyini bildirib: "Ukrayna, ərazaq, zirehli texnika, tank və zenit silahları və digər müdafiə resursları üçün yardım edəcəyik. Eyni zamanda, Avropadakı bəzi dost ölkələrini Rusiyanın neft və qaz təhdidindən qoruyacağıq. Rusiyanın heç bir təhdidi işə yaramayacaq".

Baydenin sözlərinə görə, diktatorlar həmişə cəzasız qalacağını düşünərək, daha da irəli getməyə can atır: "Biz buna imkan verməyəcəyik. Biz Rusiyaya hücum etmirik, biz azadlığını və ərazi bütövlüyünü qoruyan Ukraynanın müdafiəsinə güclü dəstək veririk". 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}