İrəvanda gərginlik: polislə etirazçılar arasında qarşıdurma olub
Tarix: 28-04-2022 23:35 | Bölmə: Siyasət
İrəvanda gərginlik: polislə etirazçılar arasında qarşıdurma olub

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən aksiyada polislə etirazçılar arasında qarşıdurma baş verib.

"RİA Novosti" xəbər verir ki, etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Müfalifət lideri Artur Vanesyan mərkəzi küçədə yürüşdən sonra aksiyanın başa çatdığını bildirib. Bundan sonra polislə qarşıdurma baş verib. Vanesyan aksiyaçıları təxribata uymamağa çağırıb.

Vanesyan deyib ki, polis aksiyaçını vurub. “Hakimiyyət aqoniya mərhələsində olduğundan bu cür addımlara əl atır”, – deyə müfalifət lideri bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}