Əli Əliyevlə bağlı hökm qüvvədə saxlanılıb
Tarix: 29-04-2022 14:23 | Bölmə: Siyasət
Əli Əliyevlə bağlı hökm qüvvədə saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.

Reyting.az
xəbər verir ki, məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb.

Bununla da Əli Əliyev barəsindəki 6 aylıq həbs qərarı qüvvədə qalıb.

Qeyd edək ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət vermişdilər.

Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılmışdı. Hazırki duruma görə, o iyulun 13-də azadlığa çıxacaq.

Partiya sədrinin vəkili Cavad Cavadov bir şəxs barəsində eyni əmələ görə iki dəfə cəza təyin edilməsinin qanunsuz olduğunu iddia edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}