XİN başçısı: "Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq"
Tarix: 29-04-2022 16:00 | Bölmə: Siyasət
XİN başçısı: "Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq"

"Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır".

Reyting.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

“Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük” – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil: “Müəyyən müsbət addım görürük, sonra nəsə baş verir və geri addım atırlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}