Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək
Tarix: 29-04-2022 20:16 | Bölmə: Siyasət
Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə görüş keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.

Onun sözlərinə görə, görüş mayın 2-də baş tutacaq.

A. Qriqoryan bildirib ki, görüşdə Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunacaq: “Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}