Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla bağlı müzakirə aparıb
Tarix: 03-05-2022 20:31 | Bölmə: Siyasət
Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla bağlı müzakirə aparıb

Xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reyting.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə danışılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}