Ukrayna və Rusiya ikigünlük atəşkəsə razılaşıb
Tarix: 05-05-2022 00:40 | Bölmə: Siyasət
Ukrayna və Rusiya ikigünlük atəşkəsə razılaşıb

Ukrayna və Rusiya "Azovstal" ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk "RBC-Ukraina"ya deyib.

Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək.

Nazir bildirib ki, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.

Vereşukun qeyd etdiyi kimi, təxliyə yalnız davamlı atəşkəs nəticəsində mümkündür və bununla əlaqədar o, razılaşmaların nəticə verəcəyinə ümid edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}