Ankaradakı səfirimiz Tükiyənin vitse-prezidenti ilə görüşüb - Foto
Tarix: 06-05-2022 21:19 | Bölmə: Siyasət
Ankaradakı səfirimiz Tükiyənin vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” hesabında bildirilib.

Görüşdə iki ölkə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı qeyd olunub.

Həmçinin, Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi üçün nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}