15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Ukraynanın 3 sabiq prezidentinin "Azovstal"la bağlı müraciətinə reaksiya: "Putinin əmri var"
Tarix: 13-05-2022 14:54 | Bölmə: Siyasət
Ukraynanın 3 sabiq prezidentinin "Azovstal"la bağlı müraciətinə reaksiya: "Putinin əmri var"

Ukraynanın sabiq prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko ukraynalı hərbçilərin və bir qrup mülki şəxslərin mühasirrədə saxlandığı Mariupoldakı "Azovstal" zavodunda yaranan ağır vəziyyətlə bağlı dünya birliyinə müraciət ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Viktor Yuşşenko "Facebook"dakı hesabında paylaşım edib.

Onlar dünya liderlərinə, o cümlədən Avropa İttifaqına üzv dövlətlərə, ABŞ, Kanada, Çin, Türkiyə və BMT-yə ünvanladıqları müraciətdə "Azovstal" zavodunun ərazisində mülki şəxs və hərbçilərin xilasına yardım istəyiblər: "Mariupol şəhəri indi öz cinayətlərinin izini gizlətməyə çalışan rus ordusu tərəfindən demək olar tamamilə dağıdılıb. Biz sizi qəhrəman ukraynalıların həyatını xilas etməyə qoşulmağa çağırırıq. On milyonlarla ukraynalı sizə ümidlə baxır və sivil dünyanın bütün xalqları uğurlu vasitəçiliyinizi minnətdarlıqla alqışlayacaqlar".

Rəsmi Moskvadan isə  “Azovstal”da mühasirədə qalanlarla bağlı mövqeyi fərqlidir.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, onlar zavoddakı mülki şəxsləri buraxa bilərlər, ancaq hərbçilərlə bağlı hərbi qanunlara uyğun addımlar atılacaq: "Bilirsiniz ki, prezident Putinin mülki şəxslərin zavodun ərazisini tərk edərək, istədikləri istiqamətdə gedə bilmələri ilə bağlı əmri var.

Hərbçilərə gəlincə, silahlarını yerə qoyaraq çıxanlara hərbi qanunlara uyğun olaraq müvafiq münasibət göstəriləcək, bütün yaralılara lazımi tibbi yardım göstəriləcək”.




Bölməyə aid digər xəbərlər