16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya ordusu Polşa ilə sərhəddəki hərbi obyektə raket zərbələri endirib
Tarix: 15-05-2022 13:05 | Bölmə: Siyasət
Rusiya ordusu Polşa ilə sərhəddəki hərbi obyektə raket zərbələri endirib

Mayın 15-də səhər saatlarında Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbəsi endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib.

Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb.

"Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib", - o deyib.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Bundan əvvəl Lvov vilayəti üzərində zenit-raket qüvvələrinin Rusiyanın Qara dənizdən atılan iki raketini vurduğu bildirilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}