İki ölkənin NATO-ya üzv olması üçün Türkiyənin şərtləri açıqlanıb
Tarix: 18-05-2022 08:15 | Bölmə: Siyasət
İki ölkənin NATO-ya üzv olması üçün Türkiyənin şərtləri açıqlanıb

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün “F-35” qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir.

Reyting.az
xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəni Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığına görə “F-35” beşinci nəsil qırıcı-bombardmançı proqramından kənarlaşdırmışdı.

Ankara həmçinin israr edir ki, hər hansı yeni NATO namizədi həm Türkiyə daxilində, həm də Suriya və İraqda kürd silahlı birləşmələri ilə bağlı narahatlıqlarını etiraf etsin. Türkiyə istəyir ki, İsveç və Finlandiyanın bloka qoşulmasına icazə verilməzdən əvvəl həmin dövlətlər təkcə PKK deyil, həm də onun qollarını açıq şəkildə pisləsinlər.

Bundan əlavə, Ankara İsveç və Finlandiyanın Türkiyənin 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarından sonra bir neçə digər Avropa İttifaqının üzvü ilə birlikdə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını istəyir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}