Ərdoğan: "Finlandiya ilə İsveçin NATO üzvlüyünə müsbət baxa bilmərik"
Tarix: 18-05-2022 14:30 | Bölmə: Siyasət
Ərdoğan: "Finlandiya ilə İsveçin NATO üzvlüyünə müsbət baxa bilmərik"

“Balkanlardan Afrikayadək, hər yerdə olduğu kimi, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynadakı böhranlarda da həmişə olduğu kimi dik duruşumuzla hərəkət etmişik, hərəkət edəcəyik”

Reyting.az
 xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, indi NATO müxtəlif vasitələrlə Şərq sərhədlərini gücləndirməyə çalışır: “Ukrayna böhranının ardından atılan addımları təbəssümlə izləyirik. Çünki biz illərlə NATO müttəfiqi olaraq belə mənzərə ilə qarşılaşmadıq. Bizim uzun illər NATO-dan yeganə istəyimiz Türkiyənin də öz sərhədlərini müdafiə etməsinə eyni münasibət göstərməsi idi. Biz sərhədlərimizi terrorçulardan qorumaq istəyirik. Amma demək olar, bu məsələyə heç bir müttəfiqimiz istədiyimiz münasibəti göstərmədi.

İndi İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyir. PKK və YPG terror təşkilatlarına dəstək vermək, daha sonra isə NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəməyin məntiqi ola bilməz. Onlardan 30 terrorçunu istədik, bizə təhvil vermədilər. Belə bir haldan sonra Finlandiya ilə İsveçin NATO üzvlüyünə  müsbət baxa bilmərik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}