16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
QMİ sədri: "Ermənistanda bu gün də qisasçılıq meylləri var"
Tarix: 19-05-2022 10:25 | Bölmə: Siyasət
QMİ sədri: "Ermənistanda bu gün də qisasçılıq meylləri var"

"Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır".

Reyting.az
xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, bu gün azad edilən torpaqlar minalardan təmizlənərək yenidənqurma işləri aparılır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılıb, təhqir olunmuş milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edilir:

"Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meylləri var. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}