Fərid Şəfiyev: “Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir"
Tarix: 19-05-2022 11:09 | Bölmə: Siyasət
Fərid Şəfiyev: “Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhəddində törədilən təxribatlara münasibət bildirib.

Reyting.az-
ın məlumatına görə, o, "Report”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir.

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmur”, - F. Şəfiyev bildirib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}