16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan iki ölkə ilə Putin və Zelenskiyə mesaj verib: “NATO-da terror təşkilatlarının olmasını..."
Tarix: 19-05-2022 14:08 | Bölmə: Siyasət
Ərdoğan iki ölkə ilə Putin və Zelenskiyə mesaj verib: “NATO-da terror təşkilatlarının olmasını..."

“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Finlandiya və İsveç PKK/YPG-yə ev sahibliyi edir. Biz bir daha dalana dirənməyi düşünmürük”.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib.

O bildirib ki, NATO-ya üzv olmağa can atan İsveç tamamilə terror yuvasıdır: "Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar. Sonra qayıdıb nə etdilər? Misal üçün, hazırda Yunanıstandakı Dədəağacda ABŞ baza qurub və FETÖ Yunanıstan üzərindən Avropaya səfər edir. Özlərinə verdiyimiz terrorçu siyahısını da görməzdən gəlirlər. Onları hələ də qorumağa davam edirlər. İndi də deyirlər ki, tələbləriniz nədir bilək, ona uyğun olaraq İsveçdən, Finlandiyadan onu istəyək”.

Ərdoğan daha sonra Ukraynadakı savaşa toxunaraq  deyib ki, hər iki ölkə ilə balanslı davranırlar: "Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya prezidenti Vladimir Putinlə, nə də Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var.  Hazırda istifadə etdiyimiz təbii qazın 50%-ni Rusiyadan alırıq. Bu bizim üçün strateji əhəmiyyətə malik münasibətlərdir. Bu münasibətləri kəsib ata bilmərik. Digər tərəfdən Ukrayna ilə qida sahəsində əməkdaşlığımız var. Bunları da eyni şəkildə davam edirik. Bölgədə sabitliyin təminatçısı varsa, o da Türkiyədir. Bunu qorumalıyıq”.

Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçə sığınan FETÖ və PKK terrorçularını tələb edir. Lakin hər iki ölkə tələbə "yox" deyib.

Bu səbəbdən də Türkiyə iki ölkənin NATO-ya daxil olmasına veto qoyacağını elan edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}