Dünya gücləri arasında münaqişə riski artır
Tarix: 22-05-2022 09:16 | Bölmə: Siyasət
Dünya gücləri arasında münaqişə riski artır
Mark Milley

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artır.

“Fox News” telekanalı xəbər verir ki, Mark Milley bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən deyib.

“Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib.

M. Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur:

“Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır”.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}