Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Tarix: 23-05-2022 18:51 | Bölmə: Siyasət
Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Bu gün Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reyting.az-a verilən məlumata görə, nazirlər bölgədəki mövcud cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}