Ermənistan Xarici İşlər Nazirliyinin binası mühasirəyə alınıb
Tarix: 24-05-2022 09:41 | Bölmə: Siyasət
Ermənistan Xarici İşlər Nazirliyinin binası mühasirəyə alınıb

Ermənistan müxalifəti paytaxt İrəvanda aksiyalarını davam etdirir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələr Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasını mühasirəyə alıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bir neçə min etirazçı XİN-nin binasının giriş və çıxışlarını bloklayıb.

Müxalifətin iddiasına görə, XİN Ermənistan dövlətinin maraqlarına xidmət etmir.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən kütləvi aksiyalara başlayıb. Etirazçılar Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}