Milli Məclisdə iki sektor ləğv olunub
Tarix: 24-05-2022 13:03 | Bölmə: Siyasət
Milli Məclisdə iki sektor ləğv olunub

Milli Məclis Aparatının strukturunda dəyişiklik olub.

Məlumata görə, parlament Aparatının Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq və Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Kadr siyasəti məsələləri sektorları yeni strukturda yer almayıb.

Beləliklə, Milli Məclisi Aparatında sektorların sayı 24-dən 22-yə enib/APA.

Qeyd edək ki, Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Fizuli Əsəd oğlu Abbasov, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Kadr siyasəti məsələləri sektorunun müdiri isə Şahin Xanbaba oğlu Quliyev idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}