İşçi qrupun növbəti iclası Türkmənistanda keçiriləcək
Tarix: 24-05-2022 20:27 | Bölmə: Siyasət
İşçi qrupun növbəti iclası Türkmənistanda keçiriləcək

Mayın 23-24-də Tehranda Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclasının kommünikesi qəbul edilib.

İclasda Azərbaycan Respublikasını X. Xələfovun, Qazaxıstan Respublikasını Z. Amanjolovun, Rusiya Federasiyasını M. Petrakovun, Türkmənistanı isə M. Atadjanovun başçılıq etdikləri nümayəndə heyətləri təmsil edib. Tədbir İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri M. Barimaninin sədrliyi ilə keçirilib.

İclasda Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası haqqında saziş layihəsi müzakirə edilib. Bu sənədlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Tərəflər Türkmənistanda keçirilməsi planlaşdırılan altıncı Xəzər sammitinə hazırlıqla bağlı məsələləri nəzərdən keçirib, həmçinin Xəzər dənizində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətləri baş tutan danışıqları müsbət qiymətləndirib, iclasın yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}