Anar Bağırov: "Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək"
Tarix: 25-05-2022 11:34 | Bölmə: Siyasət
Anar Bağırov: "Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək"

"Vəkillər bəzən bir-birinin fəaliyyətini ictimai şəkildə müzakirəyə çıxarır".

Reyting.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

O bildirib ki, problem varsa, bunu vəkillər öz aralarında həll etməlidirlər: "Vəkillər belə məsələləri ictimai müzakirəyə çıxarmasınlar. İctimailəşdirəndə vəkil hörmətdən düşür. Hər kəsin şərəf və ləyaqəti var. Vəkillərin nüfuzu vəkillərdən asılıdır. Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}