ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycanın Müstəqillik Günü elan olunub
Tarix: 27-05-2022 11:20 | Bölmə: Siyasət
ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycanın Müstəqillik Günü elan olunub

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Reyting.az
-ın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Cəmiyyət rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi unutmayaraq, mürəkkəb mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinə nail olub.

Sonra şəhər meriyasının qəbul etdiyi bəyannamə Esmira Bayramovaya təqdim edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}