XİN Fransanın Azərbaycandakı səfirinə etirazını bildirib
Tarix: 28-05-2022 12:40 | Bölmə: Siyasət
XİN Fransanın Azərbaycandakı səfirinə etirazını bildirib

28 may 2022-ci ildə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

Reyting.az
xəbər verir ki, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsinə etirazını bildirib.

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərinə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.

Paris şəhər merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}