Ərdoğanla Putin telefonda danışıb: nələr müzakirə olunub? - Açıqlamalar
Tarix: 30-05-2022 18:49 | Bölmə: Siyasət
Ərdoğanla Putin telefonda danışıb: nələr müzakirə olunub?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığında prezidentlər iki ölkə arasında mövcud münasibətləri, bölgədəki və Ukraynadakı vəziyyəti müzakirə olunub.

Türkiyə prezidenti V. Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təkif edib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında sülh zəmininin tezliklə bərpası ilə iki ölkə arasında gərginliyin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib. 

Türkiyə lideri əlavə edib ki, PKK/YPG terror təşkilatının Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumları davam edir. Prezident Ərdoğan 2019-cu ilin oktyabrında imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını, bu ərazidə təhlükəsizin təmin eidlməsinin zəruri olduğunu vurğulayıb.

***

Kremlin yaydığı məlumata görə, prezident Vladimir Putin Ərdoğanla söhbətində Qərbin sanksiyalarından söz açıb.

O Qərb dövlətlərini dünyada yaranmaqda olan ərzaq böhranında ittiham edib.

Bildirib ki, sanksiyalar ləğv olunarsa, Rusiyanın gübrə və kənd təsərrüfatı məhsulları ixracına start verəcək: "Bundan əlavə, Ukraynadakı vəziyyətlə bağlı söz açan Putin Qara və Azov dənizlərində türk tərəfdaşları ilə razılaşdırılan malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu deyib. Tərəflər bu və ya digər müzakirələrin davam etməsinin vacibliyinə də razılaşıblar".(Mia.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}