Zurabişvili Ermənistan prezidenti ilə brifinqdə: "Regionun gələcəyi sülh şəraitindən asılıdır"
Tarix: 30-05-2022 19:44 | Bölmə: Siyasət
Zurabişvili Ermənistan prezidenti ilə brifinqdə: "Regionun gələcəyi sülh şəraitindən asılıdır"

“Azərbaycan və Ermənistan arasında danışıqların sülhlə davam etdiriləcəyinə ümid edirik”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili erməni həmkarı Vaaqn Xaçaturyanla mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, regionun gələcəyi sülh şəraitindən asılıdır: “Azərbaycan-Ermənistan danışıqlarına Avropa İttifaqı da cəlb olunub. Biz bilirik ki, bölgədə sülh bu danışıqların nəticələrindən asılıdır, bu sülhdən isə iqtisadi inkişaf və regionla bağlı olan yeni planlar asılıdır”/Report.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə deyib ki, regional və sülh məsələlərində hər şey Gürcüstan-Ermənistan dostluğuna əsaslanır.

O, S.Zurabişvili ilə keçirdiyi görüşdə regionda təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirib. V. Xaçaturyan qeyd edib ki, hər iki tərəf mövcud çoxtərəfli münasibətlərin yüksək səviyyəsinin qorunub saxlanılması öhdəliyini təsdiqləyib: “Biz yüksək texnologiyalar sahəsində əlaqələrin dərinləşdirilməsi barədə danışdıq və bu həm bizim münasibətlər, həm də regionda yeni uğurlar üçün vacibdir. Hər bir ölkə qonşusu ilə təcrübəsini bölüşməlidir. Hesab edirəm ki, seçdiyimiz müxtəlif yollar münasibətlərimizi dərinləşdirməyə imkan verəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}