Ukraynanın Türkiyədəki səfiri: "Rəsmi Kiyev danışıqlar masasına qayıtmağa hazırdır"
Tarix: 03-06-2022 12:21 | Bölmə: Siyasət
Ukraynanın Türkiyədəki səfiri: "Rəsmi Kiyev danışıqlar masasına qayıtmağa hazırdır"

“Biz müharibənin sonsuzadək davam etməsini istəmirik”.

Bunu Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar bu gün keçirdiyi brifinqdə deyib.

“Biz yenidən danışıqlar masasına qayıtmağa hazırıq, biz sülhün tərəfdarıyıq. Ukrayna öz müstəqilliyinin və suverenliyinin qorunması üçün mübarizə aparır. Ukrayna Qərbi Rusiyanın hücumundan qoruyur. Bizim əsas tələbimiz Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasıdır”, - o söyləyib/Report.

Səfir əlavə edib ki, Qara dəniz tərəfdən Rusiyanın hücumları davam edir: “İndiyə qədər Rusiyadan ərazimizə 2227 raket atılıb. Ukraynanın şimalında durum ağırdır. Belarus istiqamətinə yeni bölüklər cəlb olunur. Mübarizə aparmaqdan başqa yolumuz yoxdur. Biz indiyə kimi 1016 yaşayış məntəqəsini azad edə bilmişik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib