16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Ruslar Türkiyənin əməliyyat bölgəsindən terrorçuları qovur
Tarix: 06-06-2022 13:18 | Bölmə: Siyasət
Ruslar Türkiyənin əməliyyat bölgəsindən terrorçuları qovur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalına doğru əməliyyat hərəkətinə başlayacaqlarına işarə etdikdən sonra ərazidəki Rusiya hərbi rəhbərliyi terror təşkilatı YPG/DSG-yə təzyiqləri artırıb.

Reyting.az
-ın məlumatına görə, YPG-yə “Sərhədi tərk et!”,- deyən Rusiyanın Suriyadakı hərbi rəhbərliyi İran milislərinə mümkün əməliyyat bölgəsinə girməmək xəbərdarlığını da edib.

Suriya rejimi ordusunu Türk Silahlı Qüvvələrinin mümkün əməliyyatlar keçirəcəyi bölgələrə yerləşdirərək təsir dairəsini genişləndirməyi hədəfləyən Rusiya ərazidə manevrlərini də artırıb. Bu çərçivədə bölgədə terror təşkilatının liderləri ilə dəfələrlə görüş keçirilib. Son görüşlərdən biri mayın 27-də, digəri isə iyunun 3-də olub. Raqqa çölündə keçirilən iki dövrəli toplantıda terror təşkilatından Türkiyə ordusunun əməliyyat keçirə biləcəyi bölgələrdən geri çəkilməsi istənilib, rejim ordusunun sərhəd zolağına yeridilməsi təklif edilib. Rusiyanın planını tamamilə rədd etməyən terror təşkilatı ilə təmas və danışıqlar davam edərkən, Türkiyə ordusunun əməliyyat səbəbini aradan qaldırmaq üçün təşkilatın sərhəd arxasında yerləşəcəyi nöqtələrlə bağlı danışıqlar aparılır.

Məlumata görə, Suriyada fəaliyyət göstərən Rusiya ordusu da sahədə bir sıra hərbi tədbirlər keçirib. Bu yaxınlarda Qamışlı hava limanına “Pantsir-S1” orta mənzilli hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi də diqqət çəkir. Bildirilir ki, müdafiə sisteminin yerləşdirilməsi bölgədə PUA-ların uçuşunun qarşısını almaq məqsədi daşıyır. Rusiya Qamışlı aviabazasına bəziləri Tabqa hərbi hava limanında olmaqla altı döyüş helikopteri yerləşdirib.

Bütün bunlara baxmayaraq, hazırda Ukraynada müharibə aparan və ciddi itkilər verən rus ordusunun Suriyada Türkiyə ordusu ilə üz-üzə gəlməsi mümkünsüz görünür. Bununla belə, ruslar Suriyada etiyat hərbi tədbirlər görməkdə davam edirlər. Ehtimal olunur ki, ruslar Türkiyənin Suriya əməliyyatını dayandırmaq üçün YPG terrorçularını geri çəkilməyə və onların mövqelərində Bəşər Əsəd rejiminə bağlı qüvvələrin yerləşdirilməsinə çalışırlar.




Bölməyə aid digər xəbərlər