Prezidentin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb
Tarix: 07-06-2022 09:00 | Bölmə: Siyasət
Prezidentin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.

Türkiyənin Vaşinqtondakı Səfirliyindən Reyting.az-a bildirilib ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}