Azərbaycan-Qazaxıstan Parlamentlərarası Komissiyasının iclası iyul ayında keçiriləcək
Tarix: 07-06-2022 12:51 | Bölmə: Siyasət
Azərbaycan-Qazaxıstan Parlamentlərarası Komissiyasının iclası iyul ayında keçiriləcək

"Azərbaycan-Qazaxıstan Parlamentlərarası Komissiyasının növbəti iclasının iyulun 4-5-də Nursultan şəhərində keçirilməsi planlaşdırılır".

Reyting.az
xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.

O əlavə edib ki, iclasda ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

“Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edirik. Hazırda 2026-cı ilədək əməkdaşlığın inkişafı üzrə kompleks proqram hazırlanır. Pandemiyaya baxmayaraq, Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi artır, avireyslər, onlarla yanaşı isə işgüzar və insanlar arasında əlaqələr bərpa olunub”, - o deyib.

Səfir Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılacağını vurğulayıb: “Qazaxıstan öz tərəfindən işləri artıq tamamlayıb. Bu platforma ölkələrin biznes dairələri arasında müntəzəm dialoqa, iqtisadi-ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}