Müsavat başqanı Türkiyənin siyasi dairələrində görüşlər keçirir
Tarix: 08-06-2022 11:27 | Bölmə: Siyasət
Müsavat başqanı Türkiyənin siyasi dairələrində görüşlər keçirir

Müsvat başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı Türkiyəyə səfər çərçivəsində siyasi dairələrlə görüşləri davam etdirirlər.

Reyting.az
-ın məlumatına görə, Arif Hacılı sosial şəbəkə hesabında yazıb ki, Ankarada Türkiyənin siyasət və dövlət xadimləri, partiya başqanları, millət vəkilləri ilə görüşürlər.

Arif Hacılı səfər çərçivəsində Məmləkət Partiyasının başqanı Müharrem İncə, Gələcək Partiyasının başqanı, sabiq baş nazir Əhməd Davudoğlu, Demokrat Partiyasının başqanı Gültəkin Uysal, İYİ Partiya başqan yardımçısı, millət vəkili Ridvan İz, Səadət Partiyası başqanı Temel Karamollaoğlu ilə görüşlər keçirib.

A. Hacılı qeyd edib ki, görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi, həmçinin həmin partiyalarla Müsavat Partiyasının əməkdaşlıq münasibətləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}