Leyla Abdullayeva bir qrup diplomatla görüşüb
Tarix: 08-06-2022 12:44 | Bölmə: Siyasət
Leyla Abdullayeva bir qrup diplomatla görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir qrup xarici diplomatla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib: “Əcnəbi diplomatlar üçün təkmilləşmiş xarici xidmət proqramında (AFSP 2022) iştirak edən bir qrup xarici diplomatla görüşməkdən çox məmnunam. Təlimin birgə təşkilinə görə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və ADA Universitetinə, həmçinin fəal iştiraklarına görə xarici diplomatlara təşəkkür edirəm”.

Qeyd olunub ki, tədbirdə Azərbaycan diplomatları ilə Albaniya, Burundi, Konqo, Rumıniya, Qabon, Macarıstan, Qazaxıstan, Mərakeş, Paraqvay, Şri-Lankadan olan nümayəndələr də iştirak edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}