Ermənistan Azərbaycana qarşı növbəti təxribat törədib
Tarix: 08-06-2022 18:41 | Bölmə: Siyasət
Ermənistan Azərbaycana qarşı növbəti təxribat törədib

Ermənistanın Baş prokuroru 8 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək Qarabağdakı cinayətkar qurumun nümayəndəsi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi bildirir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir.

Azərbaycan XİN bildirir ki, Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

XİN bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfində görürür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}