Örl Litzenberger: "Regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”
Tarix: 09-06-2022 10:47 | Bölmə: Siyasət
Örl Litzenberger: "Regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”

“Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.

Reyting.az x
əbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib:

“ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”.

Səfir bildirib ki Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edib: “Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında ABŞ-ın oynadığı rol müzakirə olunub”.

Səfir qeyd edib ki, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir: "Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər. Bir sıra ABŞ şirkəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak edir. ABŞ-ın bu sahədə böyük təcrübəsi var, biz ən yaxşı texnikaları təqdim edə bilərik. Qarabağda daha çox ABŞ şirkətlərini görmək istəyirik”.

O daha sonra bildirib ki, ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir: "Bu prosesin sürətləndirilməsinin tərəfdarıyıq və bunu dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında da oxşar prosesi görmək istəyirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}