Hikmət Hacıyev Baş Assambleyanın sədri ilə görüşüb
Tarix: 09-06-2022 19:36 | Bölmə: Siyasət
Hikmət Hacıyev Baş Assambleyanın sədri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb.

Görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, protokol qaydalarına əsasən, rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}