“Sputnik Azərbaycan”ın şef-redaktoru və prodüserinin iş icazələrinin müddəti uzadılmayıb
Tarix: 10-06-2022 12:21 | Bölmə: Siyasət
“Sputnik Azərbaycan”ın şef-redaktoru və prodüserinin iş icazələrinin müddəti uzadılmayıb

“Sputnik Azərbaycan” saytının şef-redaktoru və mətbuat mərkəzinin prodüserinin iş icazələrinin müddəti uzadılmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin “müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı”nda həmin şəxslərin adları qeyd edilib.

“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinin vaxtı iyunun 6-da bitib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov faktı APA-ya təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}