Ermənilər Rusiya sülhməramlılarını atəşə tutub
Tarix: 13-06-2022 19:52 | Bölmə: Siyasət
Ermənilər Rusiya sülhməramlılarını atəşə tutub

İyunun 12-də axşam saatlarında Laçın dəhlizindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.

Erməni mediası xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı atəş açanların erməni silahlı dəstəsinin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs edilib.

Məlumata görə, sülhməramlı missiyanın hərbi karvanı Laçın dəhlizindən keçib Ukraynaya getməliymiş.

İddia olunur ki, ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün belə təxribata əl atıblar.(Yeni Sabah)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}